Fəsillər



Fəsillər arasında oxşar və fərqli cəhətlər

Qışı   yaz,  yazı   yay , yayı  isə  payız  fəsli  əvəz  edir. Fəsilləri  biz  çayların  donması , qaranquşların  gəlməsi,  yarpaqların  tökülməsi  və s. ilə  müşahidə edirik. İlin  12  ayı  4  fəsil  arasında  belə  bölünür: mart,aprel,  may-yaz   ayları ; iyun, iyul, avqust-yay ayları;  sentyabr, oktyabr,noyabr-payız ayları; dekabr,yanvar, fevral isə  qış  ayları. Gecə  ilə  gündüz  il  ərzində  iki  dəfə  bərabərləşir:  bir  yazda,  yəni  martın  21-də, bir  də  payızda. Amma  bu  bərabərləşmələr  arasında   böyük  bir  fərq  var: yaz  bərabərliyindən   sonra  gündüzlər  uzanmaqda, gecələr  isə  qısalmaqda  davam  edir.Payız  bərabərliyindən   sonra  isə, əksinə,gecələr  hər  gün  bir  az  da   uzanır,gündüzllər  isə  qısalır.Yayın  şıddətli istilərindən  sonra  sentyabrın   gətirdiyi  sərinlik  təbiətə  sanki   yenidən  yaz   təravəti   verir.Havaların  sərinləşməsi, uzun  quraqlıqdan   sonra  yağan  yağışlar  bitkiləri canlandırır.Amma  yaz  aylarından  fərqli  olaraq  bu   təravət  uzun  sürmür.Günlər  qısaldıqca  yarpaqların, otların şux  yaşıl  rəngi   dəyişməyə  başlayır:saralır,  qızarır,  təbiət  əlvan  rənglərə  boyanır.Payızda   meşələr,  bağlar  çox  gözəl  görünür. Meyvə  bağlarında  qızğın  iş  gedir.Təbii  şəraitdə , bol  günəş  işığı   ilə  bəslənən  bu   meyvələr  orqanizm  üçün  çox  olan  vitaminlərlə  zəngindir.Yarpaqlar  bir-bir  tökülür,ağaclar  tamamilə  çılpaq  qalır.Biz  artıq  bilirik  ki,  bunun   səbəbi   istinin, işığın   azalmasıdır.

Fəsillərdə olan dəyişikliklər

Martın 21-də qışı yaz əvəz  edir.Yazdan  sonra   yay gəlir. İyunun 22-dən etibarən  yay fəslidir. Sentyabrın 23-də yay başa  çatır və payız gəlir. Dekabrın 22-də isə qış fəsli  girir.Bəs fəsillər necə dəyişir?Necə olur ki, çöllərdə, meşələrdə qar əriyir.Ətraf yaşıllaşır, gül-çiçəklə bəzənir.Sonra yayın istisi zərif otları çiçəkləri  yandırıb soldurur.Şiddətli  istilərdən sonra  payızın sərin nəfəsi  hiss olunmağa  başlayır. Amma çox çəkmir ki, qış gəlir.Qar yağır.Beləcə, fəsillər dəyişməyən  ardıcıllıqla  bir-birini  əvəz edir.
  Biz artıq  Yerin  kürə şəklində  olduğunu, onun  Günəşin ətrafında  fırlandığını bilirik. Yerin  Günəş  ətrafındakı  yoluna  onun  orbiti  deyilir.Orbiti  boyunca  hərəkət   edərkən  Yer  kürəsinin  yuxarı və  aşağı hissəllərinə  düşən  istiliyin və  işığın  miqdarı  daim  dəyişır.Yer kürəsinin yuxarı  hissəsinə  şimal  yarımkürəsi, aşağı  hissəsinə cənub  yarımkürəsi  deyilir.
         Yerin   Günəş  ətrafındakı   hərəkəti  1 ilə  başa  çatır.1  ilə başa çatır. 1il  isə  bildiyimiz   kimi,  12 aydır. 12 ay  ərzində  bir  dəfə  qış,  bir  dəfə  yay  olur.Qışın və  yayın  dəyişməsi  birdən- birə  yox, tədricən baş  verir.       

Hiç yorum yok:

Yorum Gönder